Təlim və kurslarımız

Peşəkar mütəxəssis olaraq müasir iş dünyasına qatılmağınıza kömək edək!

Tədris proqramımız

Əsas təlimlər

Tədris prosesinin sonunda isə imtahan təşkil edilir. İmtahanın nəticəsindən asılı olaraq sertifikat təqdim edilir.

Təlim 1

İnsan resursları menecmenti

Bu təlim proqramı HR mütəxəssislərinə əmək qanunvericiliyi, kargüzarlıq, əmək haqqının hesablanması, işəçıxmamalar, iş vaxtının uçotu tabeli, vaxt normaları, orta əmək haqqı və digər mövzular barədə nəzəri və praktiki təlimlərin keçirilməsini nəzərdə tutur!

Təlim 2

Risklərin İdarə olunması

Risklərin idarə edilməsi üzrə təlim öz təşkilatının məruz qalma risklərini idarə etməyə kömək edən bütün peşəkarlar üçün lazımdır. Buraya risk menecerləri, itkilərin qarşısının alınması agentləri və ya təhlükəsizlik işçiləri kimi işləyən şəxslər daxil ola bilər.

Təlim 3

HR-lar üçün Excel təlimi

Burada siz Exceli öz seçimləriniz əsasında konfiqurasiya etmək, standart seçimlərini dəyişdirmək, HR mütəxəssislərinin ən çox istifadə etdiyi axtarış funksiyalarının köməkliyi ilə fərqli məlumat bazalarında yer alan işçi məlumatlarının əldə etmək və sair kimi vacib elementləri öyrənəcəksiniz!

Təlim 4

Mental Arifmetika üzrə təlim

Mental Arifmetika sürətli şifahi hesablama proqramıdır, 5 – 12 yaş arası uşaqlar üçün hazırlanmış olan zehni riyaziyyat təlimidir. Kursu keçən uşaqlar rəqəmləri kalkulyator olmadan asanlıqla toplayır, çıxır, vurur, bölür, çox sürətli şifahi hesablaya bilirlər.

Təlim 5

Busines English təlimi

Biznes ingilis dili kursunun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu təlim vasitəsilə siz ümumi ingilis dili biliklərinizi möhkəmləndirə, qrammatik biliklərinizi inkişaf etdirə və biznes ingiliscəsində söz ehtiyatınızı artıra biləcəksiniz.

Təlim 6

Mühasibat uçotunun təşkili

Mühasibat uçotunun təşkili üzrə təlimlərimiz! “Fortune GM” Təlim Mərkəzi “Mühasibat uçotu” üzrə nəzəri-praktiki təlimlər təşkil edir. Təlim real biznes keysləri ilə əlaqələndirilərək keçiriləcəkdir.

Təlim 7

Media Hüququ

Bu təlim media hüququna dair ətraflı təlimat almaq istəyən, öz bacarıqlarını təzələmək və mövcud qanunvericilikdən xəbərdar olmaq istəyən media əməkdaşları üçün nəzərdə tutulmuşdur.

Təlim 8

Kiber təhlükəsizlik

Bu təlimdə sürətlə inkişaf edən kibertəhlükəsizlik təhdidlərindən irəli gələn hüquqi, biznes və siyasət problemlərini araşdırırmaqla sizə vacib nünaslar öyrədiləcəkdir.

Təlim 9

Coaching təlimi

Təlimlər əsas etibarı ilə iş adamları və sahibkarlar üçün nəzərdə tutulmuşdur. Burada əsas məqsəd müxtəlif sahələrdən olan mütəxəssislərin təlimçi kimi praktiki olmaq, uzun müddətli kouçinq və mentorluq bacarıqlarını tətbiq edə bilmək və iştirakçıların vaxtından səmərəli istifadə etməyi öyrətməkdir.